Gürcüstanda dəmir yolu ilə sərnişin daşınması bərpa olunur

Gürcüstanda dəmir yolu ilə sərnişin daşınması bərpa olunur Bu gündən qonşu ölkədə şəhərlərarası nəqliyyat fəaliyyət göstərməyə başlayıb
İnfrastruktur
25 Fevral , 2021 12:53
Gürcüstanda dəmir yolu ilə sərnişin daşınması bərpa olunur

Gürcüstanda dəmir yolu nəqliyyatı ilə sərnişin daşınması iki gündən sonra bərpa olunacaq.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə ölkənin iqtisadiyyat və dayanıqlı inkişaf naziri Natia Turnava bildirib.

Onun sözlərinə görə, daşınmaların bərpası üçün müəyyən hazırlıq tələb olunur: “İki gündən sonra dəmir yolları ilə hərəkət bərpa olunacaq və cədvəl elan ediləcək”.

Qeyd edək ki, bu gündən qonşu ölkədə şəhərlərarası nəqliyyat fəaliyyət göstərməyə başlayıb.

Son xəbərlər

Orphus sistemi