Gəncə-Böyük Kəsik istiqamətində yeni yoldəyişənlər quraşdırılır
İnfrastruktur
- 04 fevral, 2020
- 13:42
Dəmir yolunun Gəncə-Böyük Kəsik istiqamətində ümumilikdə 171 yoldəyişən qurğunun qoyulması nəzərdə tutulur.
Bu barədə “Report”a “Azərbaycan Dəmir Yolları” QSC-nin Mətbuat katibliyi şöbəsindən bildirilib.
Prosesə ötən ilin avqust ayının əvvəlində başlanılıb və bu günə qədər 119 yoldəyişən təzələnib. Sabah Tovuz stansiyasında daha 6 yoldəyişən təzələnməsi planlaşdırılır. İşi 5 və 11 saylı İxtisaslaşmış Dəmir Yolu Müəssisələri icra edir.
Yoldəyişən qurğular dəmir-beton tirlər üzərində qoyulur ki, bu da hərəkətin təhlükəsizliyinin daha yüksək səviyyədə təmin edilməsi baxımından çox əlverişlidir və sürətin artırılmasına imkan verir. Yeni yoldəyişənlər üzərindən hərəkət edən qatarlar bir yoldan digərinə təhlükəsiz şəraitdə keçəcək.
Son xəbərlər
12:49
Sumqayıtda Uşaq Paralimpiya Oyunları təşkil olunacaq
Fərdi12:48
Azərbaycan 9 ayda xalis maliyyə aktivlərini 4,5 milyard dollar artırıb
Maliyyə12:47
Foto
Növbəti köç karvanı Cəbrayılın Horovlu kəndinə çatıb - YENİLƏNİB
Daxili siyasət12:43
Azərbaycanda bu il informasiya və rabitə sektoruna investisiya qoyuluşunun məbləği açıqlanıb
İKT12:42
Azərbaycan xarici ticarətlə bağlı "Bir pəncərə" informasiya sistemi yaradır
Biznes12:40
Qaradağda sərnişindaşıma adı altında narkokuryerlik edən şəxslər saxlanılıb
Hadisə12:38
Ötən həftə 838 hektardan çox ərazi minalardan təmizlənib
Daxili siyasət12:38
İsrailin Bakıdakı səfirliyi Hanuka bayramı münasibətilə təbrik yayıb
Xarici siyasət12:37