Gəncə-Bakı aviareysinin sayının artırılması təklif edilir
İnfrastruktur
- 15 mart, 2016
- 09:21
Bakı. 15 mart. REPORT.AZ/ Gəncə-Bakı marşrutu ilə aviareyslərin hər gün həyata keçirilməsi təmin edilməlidir. "Report"un verdiyi xəbərə görə, belə bir təkliflə deputat Musa Quliyev parlamanetin bugünkü plenar iclasında hökumətin 2015-ci il hesabatının müzakirəsi zamanı çıxış edib.
"Gəncə-Bakı aviareysi bir qaydaya salınmalıdır. Bunun üçün elə bir böyük vəsait də tələb olunmur. Bu reys gah həyata keçirilir, gah da yox. Bu aviareysdən təkcə həmin bölgənin insanları istifadə etmir. Bu aviareys bir qaydaya salınmalıdır. Bu istiqamətdə hər gün təyyarə reyslərinin təmin olunmasını xahiş edirəm", - deyə millət vəkili qeyd edib.
Qeyd edək ki, hazırda bu marşrutla aviareyslər həftədə üç dəfə (I, V və VII günlər) yerinə yetirilir.
Son xəbərlər
05:37
Çin Yaponiyaya xəbərdarlıq edib
Digər ölkələr05:07
Orbanın Türkiyəyə səfəri başlayıb
Region04:34
Kuril adaları sahillərində 5,2 bal gücündə zəlzələ olub
Digər ölkələr04:02
Tramp Zelenskinin sülh sazişini nəzərdən keçirməməsindən məyus olub
Digər ölkələr03:46
Abşeronda 41 yaşlı kişi dəm qazından boğularaq ölüb
Hadisə03:30
Masazırda avtomobil yanıb, ölən və yaralılar var
Hadisə03:15
Nigeriyada qaçırılan 100 məktəbli terrorçuların əlindən azad edilib
Digər ölkələr02:36
Meksikada bomba yüklü avtomobilin partlaması nəticəsində 5 nəfər ölüb
Digər ölkələr02:16