Gəmilər müəyyənləşdirilmiş qrafik üzrə dezinfeksiya olunur

İnfrastruktur
  • 04 may, 2020
  • 08:01
Gəmilər müəyyənləşdirilmiş qrafik üzrə dezinfeksiya olunur

Nazirlər Kabinetinin “Azərbaycanda yeni koronavirus xəstəliyinin yayılmasının qarşısının alınmasına dair fəaliyyət planı”nın icrasını təmin etmək məqsədi ilə “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC (ASCO) profilaktik tədbirləri davam etdirir.

Bu barədə “Report”a ASCO-dan məlumat verilib.

Bildirilir ki, müəyyənləşdirilmiş qrafikə uyğun olaraq növbəti dezinfeksiya işləri “Atlet-24”, “Akademik Həsən Əliyev”, “Balakən”, “Akademik Zərifə Əliyeva”, “Professor Gül”, “MPK-474”, “PSK-31”, “Məcik-1”, “Socar-1”, “Kapitan Ağasiyev”, “BPM-701”, “Zəfər “, “Turan”, “Vadim Seyidov”, “Qaradağ-4”, “PSK-38”, “PSK-51”, “Ağdərə-4”, “Ağdərə-7”, “Çalqan-8”, “MPK-452”, “MKP-474”, “PSK-48” gəmilərində aparılıb.

Proses ASCO-nun Sosial inkişaf və nəqliyyat şöbəsinin əməkdaşlarının nəzarəti ilə yerinə yetirilib.

Son xəbərlər

Bütün Xəbər Lenti