Əmlak Məsələləri Dövlət Komitəsi Şirvanda İşgüzar Forum keçirəcək

İnfrastruktur
  • 01 iyul, 2015
  • 14:31
Əmlak Məsələləri Dövlət Komitəsi Şirvanda İşgüzar Forum keçirəcək

Bakı. 1 iyul. REPORT.AZ/ Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən iyulun 2-də Şirvan şəhərində “Əmlak Məsələləri Dövlət Komitəsinin torpaq münasibətlərinin tənzimlənməsi və torpaq bazarının təşkilində aidiyyəti dövlət qurumları və bələdiyyələrlə fəaliyyətinin koordinasiyası” mövzusunda İşgüzar Forum keçiriləcək.

“Report” komitəyə istinadən bildirir ki, tədbirin məqsədi Əmlak Məsələləri Dövlət Komitəsinin yeni Əsasnaməsindən irəli gələrək torpaq münasibətlərinin tənzimlənməsi, eləcə də torpaqlardan istifadəyə və onların mühafizəsinə dövlət nəzarətinin həyata keçirilməsi və torpaq bazarının təşkilində Komitənin fəaliyyətini aidiyyəti dövlət orqanları, bələdiyyələr, hüquqi və fiziki şəxslərlə əlaqələndirmək və bu barədə ictimaiyyəti məlumatlandırmaqdır.

44 - Tezliklə