Bu ilin mart ayında "Bakı Metropoliteni" QSC “Əlçatan metro” layihəsi çərçivəsində 92 sərnişin daşıyıb.
"Report" səhmdar cəmiyyətinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 23,9 % çoxdur.
Ay ərzində xidmətdən imtina edən olmayıb.
"Ümumən, son iki ilin ilk rüblərini müqayisə etdikdə, “Əlçatan metro” layihəsinə müraciət edənlərin sayında cari il artım 37,8 % təşkil edib", - deyə məlumatda qeyd olunub.