Ekspert: "Nəqliyyat Azərbaycanla Mərkəzi Asiya arasında kooperasiyanı möhkəmləndirəcək"

Ekspert: "Nəqliyyat Azərbaycanla Mərkəzi Asiya arasında kooperasiyanı möhkəmləndirəcək" Nəqliyyat Azərbaycanla Mərkəzi Asiya ölkələri arasında daha fəal və sıx kooperasiyaya səbəb olacaq sahədir.
İnfrastruktur
11 Sentyabr , 2024 17:33
Ekspert: Nəqliyyat Azərbaycanla Mərkəzi Asiya arasında kooperasiyanı möhkəmləndirəcək

Nəqliyyat Azərbaycanla Mərkəzi Asiya ölkələri arasında daha fəal və sıx kooperasiyaya səbəb olacaq sahədir.

“Report”un Qazaxıstan bürosunun məlumatına görə, bunu Azərbaycan Elmlər Akademiyasının İqtisadiyyat İnstitutunun aparıcı elmi işçisi Emin Məmmədzadə “ŞƏT və Aİİ nəqliyyat dəhlizlərinin inkişafı” mövzusunda Moskva-Daşkənd-Bişkek-Astana-Bakı videokonfransında çıxışı zamanı deyib.

Ekspert xatırladıb ki, Azərbaycan mühüm “Şərq-Qərb” və “Şimal-Cənub” tranzit dəhlizlərinin keçdiyi ölkədir: “Məhz buna görə də ölkəmiz son illər öz infrastrukturunu genişləndirir, yeni texnologiyalar tətbiq edir və nəqliyyat marşrutlarının şaxələndirilməsində fəal iştirak edir”.

Onun sözlərinə görə, Ermənistan, Naxçıvan və daha sonra Türkiyədən keçə biləcək və səyahət vaxtını və xərcləri azalda biləcək yeni alternativ yollar var.

E.Məmmədzadə, həmçinin bildirib ki, Azərbaycan vasitəsilə yükdaşımaların həcmi 2023-cü ilin göstəriciləri ilə müqayisədə 2,5 dəfə artıb:

“Ölkəmiz “yaşıl enerji”nin Avropa bazarlarına nəqlinə dair müqavilələr imzalayır. Deməli, nəqliyyat sektoru ölkələrimizi inteqrasiyaya gətirib çıxaracaq səhədir. Amma tariflərin liberallaşdırılması üçün səylər göstərilməlidir. Dövlət başçıları səviyyəsində görüşlər nəqliyyat dəhlizlərinin inkişafına kömək etməlidir”.

Rusiya “Beynəlxalq Nəqliyyat Dəhlizləri Direksiyası”nın beynəlxalq əməkdaşlıq üzrə müşaviri Yuri Petrov öz növbəsində qeyd edib ki, indiki geosiyasi qeyri-sabitlik şəraitində Rusiya yeni nəqliyyat marşrutlarında iştirak etməyi planlaşdırır.

Xüsusilə, Mərkəzi Asiya ölkələrinin ticarət tərəfdaşı kimi, Xəzər dənizi vasitəsilə. Bu, məsələn, Qırğızıstan tərəfindən təşəbbüs edilən, Qırğızıstandan Türkmənistan vasitəsilə və daha sonra Xəzər dənizi üzərindən keçməli olan marşrutdur.

“Həm Özbəkistan, həm də Çin Xəzər dənizindən keçən marşrutda maraqlıdır”, - Y.Petrov bildirib.

Özbəkistanın Nəqliyyat Nazirliyi yanında Nəqliyyat və Logistikanın İnkişafı Problemlərinin Öyrənilməsi Mərkəzinin direktoru Bekzod Xolmatov bildirib ki, dünya okeanlarına və açıq dənizlərə çıxışı olmayan ölkəsi üçün nəqliyyat dəhlizləri çox önəmlidir: “Açıq dənizlərə çıxmaq üçün ən azı iki sərhədi keçmək lazımdır. Açıq dəniz limanlarına çıxışı olmayan ölkələr üçün nəqliyyat xərcləri üç dəfə yüksəkdir. Ona görə də bizim üçün həm şimal, həm də cənub istiqamətində dəhlizlərin inkişafı eyni dərəcədə vacibdir.

Bütün nəqliyyat dəhlizləri bizim üçün prioritetdir, çünki bu, xarici iqtisadi əlaqələrimizi genişləndirəcək. Hazırda Hind okeanına çıxış üçün Əfqanıstan və Hindistan vasitəsilə yeni cənub dəhlizinin formalaşdırılması üzərində işləyirik".

Son xəbərlər

Orphus sistemi