EBRD Gürcüstan limanları və Bakı arasında yük axınlarının asanlaşdırılmasına kredit ayıracaq

İnfrastruktur
  • 08 avqust, 2022
  • 10:34
EBRD Gürcüstan limanları və Bakı arasında yük axınlarının asanlaşdırılmasına kredit ayıracaq

Bakı yaxınlığında 5 000 tonluq anbarın tikintisi məqsədilə Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD) Azərbaycanın “W&E Forward” logistika şirkətinə və "Alat Bay" MMC-yə 4 milyon ABŞ dolları (3,9 milyon avro) dəyərində böyük təminatlı kredit təqdim edəcək.

“Report” EBRD-nin məlumatına istinadən xəbər verir ki, layihənin ümumi dəyəri 7 milyon 362 min 500 ABŞ dolları təşkil edir.

“Layihə Gürcüstanın Qara dəniz limanları və Bakı arasında daşınma qiymətini və vaxtını azaltmaq hesabına tranzit və idxal yükləri axınını asanlaşdırmağa imkan verəcək.

Kredit alan şirkətlər ən yeni ekoloji təhlükəsiz soyuducu texnologyaları təqdim edəcək. Şirkətlərə çəkilmiş xərclərin 17 %-i səviyyəsində stimullaşdırıcı qrant təqdim edilməsi gözlənilir. Qrant “FINTECC EU4Climate” proqramı çərçivəsində EU NIP tərəfindən maliyyələşdiriləcək.

Kreditin EBRD-dən cəlb edilməsini anbarın tikintisinə çəkilən kapital xərclər proqramını reallaşdırmaq üçün tələb olunan kreditin müddəti və strukturu ilə şərtlənir. Yerli banklar əsasən daha qısamüddətli kreditlər təqdim edirlər ki, bu da şirkətlərin investisiya proqramlarını həyata keçirmək imkanlarını məhdudlaşdırır.

Xatırladaq ki, Azərbaycanın “West & East Forward LLC” (“W&E Forward”) logistika şirkəti 1993-cü ildən fəaliyyət göstərir.

AFEZCO “Alat Bay Sənaye İnkişaf” MMC (Alat Bay) 2002-ci ildə bu layihə üçün yaradılıb. “W&E Forward” və “Alat Bay” layihənin kredit götürən şirkətləri qismində çıxış edirlər.

44 filmi