​Dumanlı hava Bakı aeroportunun işinə təsir etməyib

​Dumanlı hava Bakı aeroportunun işinə təsir etməyib Heç bir aviareys təxirə salınmayıb
İnfrastruktur
18 Aprel , 2015 09:51
​Dumanlı hava Bakı aeroportunun işinə təsir etməyib

Bakı. 18 aprel. REPORT.AZ/ Bu gün səhər saatlarında Bakıda müşahidə olunan dumanlı hava şəraiti Heydər Əliyev Beynəlxalq Hava Limanında təyyarələrin qəbulu və yola salınmasına təsir etməyib. Bu barədə "Report"a hava limanından bildiriblər.

Aeroportdan bütün uçuşların cədvələ uyğun həyata keçirildiyi qeyd olunub.

Hava limanından deyiblər ki, indiyədək təxirə salınmış aviareys yoxdur. 

Son xəbərlər

Orphus sistemi