Dmitriy Kiva: "Azərbaycan yüksək texnologiyalı sahələrin inkişafına doğru keçidin zəruriliyini dərk edir"
- 20 oktyabr, 2018
- 10:00
Bakı.20 oktyabr. REPORT.AZ/ "Azərbaycan rəhbərliyi ölkənin gələcəyi, o cümlədən millətinintellektual inkişafı haqqında düşünür".
"Report"xəbər verir ki, bunu "Silk Way" aviaşirkətininprezidentinin müşaviri Dmitriy Kiva Ukraynanın "Zn.ua" nəşrinə müsahibəsində bildirib.
"MənəAzərbaycanda işləmək çox rahatdır, bura ailəm üçün də yaxşıdır. Mən bu ölkəyə və mənisəmimiyyətlə qəbul etmiş insanlara həmişə minnətdar olacağam. Azərbaycan rəhbərliyiölkənin gələcəyi, o cümlədən də millətin intellektual inkişafı haqqındadüşünür. Azərbaycanda yüksək texnologiyalı sahələrin və istehsalın inkişafınadoğru keçidin zəruriliyi dərk edilir, çünki neft və qaz ehtiyatları əbədideyil. Bu hiss olunur", - o deyib.
D.Kiva vurğulayıb ki, Azərbaycan aviasiya sahəsini ciddi şəkildə inkişaf etdirmək niyyətindədir: "Azərbaycan bir qədər əvvəl çox ambisiyalılayihələrə qoşulub, hansılar ki idealda milli aviasiya sənayəsinin əsaslarınıqoyaraq onun inkişafı üçün meydança olmalıdır. Bunlardan biri, sözsüz ki, 10 ədəd"An-178" təyyarələrinin tikintisinə dair Ukrayna ilə müqaviləyə baxılmasıdır. Azərbaycan "An-178" layihəsindən başqa, "An" seriyasına aiddigər nəqliyyat vasitələri, ilk növbədə, "Аn-124Ruslan", həmçinin digər markalı təyyarələr üzrə məsləhət xidmətlərindəmaraqlıdır.