"
"Report" xəbər verir ki, bu məqsədlə keçirilən tədbirdə çıxış edən “Bakı Metropoliteni” QSC-nin hərəkət xidmətinin rəisi Etibar İsayev jurnalistlərə deyib ki, təmsil etdiyi qurum bundan sonra da metronun vaqon parkını yeniləməkdə davam edəcək.
O həmçinin yeni vaqonların əvvəlkilərdən bir sıra xüsusiyyətlərinə görə fərqləndiyini də qeyd edib.
*** 11:08
"Bakı Metropoliteni" QSC bu gün yeni qatarlarını xəttə buraxacaq.
"Report" QSC-dən bildirilib ki, bu gün ümumilikdə 10 vaqon yaxud 2 qatar xəttə çıxarılacaq.
İlkin məlumata görə, qatarlar "Dərnəgül" - "Həzi Aslanov" istiqamətində hərəkət edəcək.
Xatırladaq ki, QSC bu il Rusiyadan 30 vaqon yaxud 6 qatar alıb. Onlardan 10 vaqon artıq Bakıya gəlib. Avqustun 10-dan sonra isə ilin sonunacan daha 20 vaqon Bakıya gətiriləcək.