Sumqayıtda məcburi köçkünlər üçün yeni marşrut xətti açılıb

Sumqayıtda məcburi köçkünlər üçün yeni marşrut xətti açılıb Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidməti (DANX) Sumqayıtda məskunlaşmış məcburi köçkünlər üçün yeni marşrut xətti açıb.
İnfrastruktur
8 Aprel , 2019 09:58
Sumqayıtda məcburi köçkünlər üçün yeni marşrut xətti açılıb
0 : 00
0 : 00

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidməti (DANX) Sumqayıtda məskunlaşmış məcburi köçkünlər üçün yeni marşrut xətti açıb.

“Report” xəbər verir ki, bu barədə DANX-ın mətbuat katibi Nuridə Allahyarova bildirib.

Onun sözlərinə görə, qaçqın və məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılmasına dair ölkə başçısının tapşırığına müvafiq olaraq Dövlət Avtomobil Nəqliyyatı Xidməti Sumqayıt şəhərində müvəqqəti məskunlaşmış məcburi köçkünlərin Xırdalan şəhəri və Bakı Beynəlxalq Avtovağzal Kompleksi ilə nəqliyyat kommunikasiyasının təmin edilməsinə dair "Stansiya Sumqayıt-Bakı Beynəlxalq Avtovağzal Kompleksi" marşrutu üzrə 533 saylı yeni xəttin açılmasını təmin edib.

"Həmin marşrut xətti üzrə bu gündən etibarən 6 ədəd avtobus sərnişinlərimizin xidmətindədir. Qeyd olunan ərazidə müvəqqəti olaraq 5000-ə yaxın məcburi köçkün məskunlaşıb", - N.Allahyarova bildirib.

Son xəbərlər

Orphus sistemi