Daha 22 nəfər gəmi ilə Qazaxıstana yola salınıb

Daha 22 nəfər gəmi ilə Qazaxıstana yola salınıb Koronavirus pandemiyasının yayılma təhlükəsi səbəbindən sərnişinlər üçün sərhədlərin bağlanmasına görə Azərbaycanda qalan və bu ölkədə yaşamaq hüququ olan 14 Azərbaycan, 7 Qazaxıstan və 1 Gürcüstan vətəndaşı bu gün Qazaxıstana yola salınıblar
İnfrastruktur
10 Sentyabr , 2020 15:15
Daha 22 nəfər gəmi ilə Qazaxıstana yola salınıb

Koronavirus pandemiyasının yayılma təhlükəsi səbəbindən sərnişinlər üçün sərhədlərin bağlanmasına görə Azərbaycanda qalan və bu ölkədə yaşamaq hüququ olan 14 Azərbaycan, 7 Qazaxıstan və 1 Gürcüstan vətəndaşı bu gün Qazaxıstana yola salınıblar.

“Report” bu barədə “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC-yə (Bakı Limanı) istinadən xəbər verir.

Məlumata görə, “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin “Merkuri 1” bərə gəmisi ilə yola salınan vətəndaşlar hər zaman olduğu kimi ilk olaraq Bakı Limanında COVID-19 pandemiyası ilə bağlı virusa qarşı test keçiblər və testin nəticəsi bütün sərnişinlərdə "Mənfi" çıxıb.

Xatırladaq ki, bu il mayın 13-dən Qazaxıstanda karantin dövründə sərhədin keçilməsinə dair yeni qaydalar qüvvəyə minib və bu səbəbdən Kurik limanı ölkə vətəndaşları və ölkədə yaşamaq icazəsi olan xarici vətəndaşların qəbulunu bərpa edib. Son 5 ay ərzində isə ümumilikdə 240 Qazaxıstan vətəndaşı və 159 xarici ölkə vətəndaşı Bakı Limanından yola salınıb.

Son xəbərlər

Orphus sistemi