Çindən Finlandiyaya gedən ilk blok qatarı Bakı limanına çatıb

Çindən Finlandiyaya gedən ilk blok qatarı Bakı limanına çatıb Çinin Tuanjiecun dəmir yolu stansiyasından Finlandiyaya göndərilən ilk blok qatarı Bakı Limanına çatıb.
İnfrastruktur
27 May , 2022 13:54
Çindən Finlandiyaya gedən ilk blok qatarı Bakı limanına çatıb

Çinin Tuanjiecun dəmir yolu stansiyasından Finlandiyaya göndərilən ilk blok qatarı Bakı Limanına çatıb.

"Report"a bu barədə "Bakı Beynəlxalq Dəniz Ticarət Limanı" QSC-dən məlumat verilib.

Bildirilir ki, bu blok qatarın yüklərinin ilk partiyası "Ağdam" və "Naxçıvan" gəmiləri ilə Bakı Limanına çatdırılıb.

Qeyd edək ki, bu layihə çərçivəsində ilk blok qatarı "Ağdam" gəmi bərəsi dünən gecə Bakı limanına çatıdırılıb.

Bu blok qatarı vasitəsi ilə qeyri-qida məhsulları, əsasən plastik, müxtəlif avtomobillərin ehtiyyat hissələri, işıqlandırma ləvazimatları daşınır.

Blok qatarı 54 konteynerdən ibarətdir. "Naxçıvan" gəmi bərəsi vasitəsi ilə 14 konteyner gətirilib. 

Son xəbərlər

Orphus sistemi