Türkiyədə koronavirus pandemiyasına görə ölkə daxilində sərnişin daşımalarına qoyulan məhdudiyyət aradan qaldırıldı.
“Report” Türkiyə KİV-inə istinadən xəbər verir ki, bu barədə məlumatı Türkiyənin nəqliyyat və infrastruktur naziri Adil Karaismailoğlu bildirib.
Onun sözlərinə görə, koronavirus pandemiyasına görə yaranmış fasilədən sonra qatarla sərnişindaşımada bu gün ilk səfər Ankara ilə İstanbul arasında həyata keçirilib: “Bu gündən etibarən gündə bir dəfə Ankara-İstanbul, Ankara-Eskişehir, Ankara-Konya və Konya-İstanbul xətlərində sərnişindaşıma həyata keçiriləcək”.
Türkiyə rəsmisi bəyan edib ki, koronavirus pandemiyasına görə ehtiyat tədbirlərinin həyata keçirilməsi sosial-iqtisadi həyata dərindən təsir edib: “Bununla yanaşı, qatarlarda dezinfeksiya işləri və digər lazımi tədbirlər həyata keçirilir”.
Xatırladaq ki, Türkiyədə pandemiya qurbanlarının sayı 4 430 nəfəri, ölənlərin sayı isə 34 nəfəri ötüb.