Bu gun Romadan Bakıya çarter reysi olacaq

Bu gun Romadan Bakıya çarter reysi olacaq İtaliyadakı koronavirusla bağlı epidemioloji vəziyyət ilə əlaqədar olaraq İtaliyadan Azərbaycana qayıtmaq istəyi ilə Azərbaycanın İtaliyadakı səfirliyinə müraciət etmiş Azərbaycan vətəndaşları üçün bu gün axşam saatlarında Romadan Bakıya birbaşa çarter reysi həyata keçiriləcək.
İnfrastruktur
17 Mart , 2020 10:40
Bu gun Romadan Bakıya çarter reysi olacaq
istock

İtaliyadakı koronavirusla bağlı epidemioloji vəziyyət ilə əlaqədar olaraq İtaliyadan Azərbaycana qayıtmaq istəyi ilə Azərbaycanın İtaliyadakı səfirliyinə müraciət etmiş Azərbaycan vətəndaşları üçün bu gün axşam saatlarında Romadan Bakıya birbaşa çarter reysi həyata keçiriləcək.

“Report” xəbər verir ki, bu barədə Azərbaycanın İtaliyadakı səfirliyi məlumat yayıb.

Məlumatda deyilir ki, səfirlik əməkdaşları aidiyyəti məsələ ilə bağlı müraciət etmiş vətəndaşlarımızın əksəriyyəti ilə fərdi qaydada əlaqə saxlayaraq, onların vətənə qaytarılması ilə əlaqədar müvafiq təşkilati məsələlər haqqında onları məlumatlandırıb: “Səfirliyə müraciət etmiş bəzi vətəndaşlarımızla telefon rabitəsinin qurulmasında çətinliklərin olduğunu nəzərə alaraq, aidiyyəti məsələ ilə bağlı səfirlikdən zəng qəbul etməmiş vətəndaşlarımızdan təcili olaraq səfirliklə əlaqə saxlamaqları xahiş olunur”.

Həmin nömrələr bunlardır; 068  530 55 57 Qaynar xətt: 349 815 55 82

Son xəbərlər

Orphus sistemi