BTQ-nin Gürcüstan hissəsində yük boşaltma məntəqəsi yaradılıb

BTQ-nin Gürcüstan hissəsində yük boşaltma məntəqəsi yaradılıb Bakı-Tbilisi-Qats dəmir yolu xəttinin Gürcüstan hissəsində iritonnajli konteynerlərin boşaldılması məntəqəsi yaradılıb.
İnfrastruktur
5 Avqust , 2020 15:49
BTQ-nin Gürcüstan hissəsində yük boşaltma məntəqəsi yaradılıb

Bakı-Tbilisi-Qats dəmir yolu xəttinin Gürcüstan hissəsində iritonnajli konteynerlərin boşaldılması məntəqəsi yaradılıb.

“Report”un yerli bürosu xəbər verir ki, Kartsaxidə quraşdırılan mexanikləşdirilmiş məntəqə 46 ton yükqaldırma gücünə malik kranla təchiz olunub.

Dəmir yolu layihəsinin Gürcüstan tərəfindəki rəhbərliyindən bildirilib ki, BTQ-nin Gürcüstan hissəsində işlər fəal şəkildə davam etdirilir: “Qış aylarına qədər işlərin başa çatdırılması üçün maksimal yüklənmə ilə çalışırıq”.

Son xəbərlər

Orphus sistemi