BTQ dəmir yolunun ilk sərnişin qatarı Gürcüstandan Azərbaycana yola düşüb

BTQ dəmir yolunun ilk sərnişin qatarı Gürcüstandan Azərbaycana yola düşüb Bakı-Tbilisi-Qars dəmir yolu xətti ilə hərəkət edəcək ilk sərnişin qatarı ötən gün axşam saatlarında Gürcüstandan Azərbaycana yola düşüb.
İnfrastruktur
29 Mart , 2019 00:40
BTQ dəmir yolunun ilk sərnişin qatarı Gürcüstandan Azərbaycana yola düşüb

Bakı-Tbilisi-Qars dəmir yolu xətti ilə hərəkət edəcək ilk sərnişin qatarı ötən gün axşam saatlarında Gürcüstandan Azərbaycana yola düşüb.

“Report”un yerli bürosu xəbər verir ki, İsveçrənin “Stadler” şirkətinin istehsalı olan 10 vaqondan ibarət qatar martın 24-dən 28-dək Gürcüstanın dəmir yollarında test olunub.

Qatar 9 yataqlı vaqon və 1 yeməkxana vaqonundan ibarətdir. Vaqonlar fiziki imkanları məhdud şəxslər üçün də adaptasiya olunub. Qatarın bu gün səhər saatlarında Bakıya çatacağı gözlənilir.

Qeyd edək ki, sərnişin qatarı İsveçrədən Türkiyəyə martın 23-də, Türkiyədən Gürcüstana isə martın 24-də çatdırılıb.

Xatırladaq ki, “Stadler” ilə “Azərbaycan Dəmir Yolları” QSC arasında bağlanmış müqaviləyə əsasən BTQ üçün, ümumilikdə, 30 vaqon hazırlanacaq. 

Son xəbərlər

Orphus sistemi