“British Airways” 800 pilotu işdən çıxaracaq

İnfrastruktur
  • 28 aprel, 2020
  • 10:12
“British Airways” 800 pilotu işdən çıxaracaq

Böyük Britaniyanın milli aviadaşıyıcısı - "British Airways" şirkəti koronavirus (COVID-19) pandemiyasının vurduğu zərbələr fonunda 800 pilotu işdən çıxarmağı planlaşdırır.

"Report" bu barədə "Reuters" agentliyinə istinadən xəbər verir. 

Hazırda aviaşirkətdə 4 500 pilot çalışır.  

Xatırladaq ki, "British Airways" bu ayın əvvəllərində 30 mindən çox kabin və yer heyəti ilə müqaviləyə xitam verəcəyini açıqlamışdı. 

44 filmi