Beynəlxalq aviaşirkətlər Heydər Əliyev Beynəlxalq Aeroportuna təcili eniş üçün müraciət edib

Beynəlxalq aviaşirkətlər Heydər Əliyev Beynəlxalq Aeroportuna təcili eniş üçün müraciət edib İran üzərindəki hava məkanının müvəqqəti bağlanması səbəbilə bir sıra beynəlxalq aviaşirkət Heydər Əliyev Beynəlxalq Aeroportuna təcili eniş sorğusu ilə müraciət edib.
Biznes
1 Oktyabr , 2024 23:02
Beynəlxalq aviaşirkətlər Heydər Əliyev Beynəlxalq Aeroportuna təcili eniş üçün müraciət edib

İran üzərindəki hava məkanının müvəqqəti bağlanması səbəbilə bir sıra beynəlxalq aviaşirkət Heydər Əliyev Beynəlxalq Aeroportuna təcili eniş sorğusu ilə müraciət edib.

"Report" xəbər verir ki, bu barədə Heydər Əliyev Beynəlxalq Aeroportunun mətbuat xidməti məlumat yayıb.

Varşava-Mumbay reysini həyata keçirən “LOT Polish Airlines” aviaşirkətinin “Boeing 787” təyyarəsi yerli vaxtla saat 21:47-də Bakı aeroportunda uğurla eniş edib.

Eyni səbəblə “Qatar Airways” aviaşirkətinə məxsus Moskva–Doha reysini yerinə yetirən “Boeing 787” təyyarəsinin kapitanı Bakı aeroportuna məcburi eniş üçün sorğu ünvanlayıb. Hava gəmisi saat 21:53-də uğurla eniş edib.

Son xəbərlər

Orphus sistemi