Bəşir Hacıyev: "Yaxın 2 ayda Füzuliyə köçən ailələrin sayı 846-a çatacaq"

Bəşir Hacıyev: "Yaxın 2 ayda Füzuliyə köçən ailələrin sayı 846-a çatacaq" Bu il qarşıdakı iki ayda Füzuli şəhərinə köçən ailələrin sayı 846-a çatacaq.
İnfrastruktur
21 Fevral , 2024 15:37
Bəşir Hacıyev: Yaxın 2 ayda Füzuliyə köçən ailələrin sayı 846-a çatacaq

Yaxın 2 ay ərzində Füzuli şəhərinə köçən ailələrin sayı 846-a çatacaq.

“Report” xəbər verir ki, bunu Bakıda keçirilən "Qarabağ bölgəsində su və irriqasiya infrastrukturunun yenidən qurulması" mövzusunda konfransda Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə Prezidentin xüsusi nümayəndəsinin müavini Bəşir Hacıyev bildirib.

“Şəhərdə artıq 527 ailə məskunlaşıb. Bu, 2 000 nəfərə yaxın insan deməkdir. Hazırda köç prosesi davam edir”, -deyə o əlavə edib.

Son xəbərlər

Orphus sistemi