​Azərbaycanda bələdiyyələrdən torpaq sahəsi əldə edən şəxslər üçün yenilik edilib

​Azərbaycanda bələdiyyələrdən torpaq sahəsi əldə edən şəxslər üçün yenilik edilib “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” qanuna dəyişikliklər olunub
İnfrastruktur
16 Dekabr , 2014 16:01
​Azərbaycanda bələdiyyələrdən torpaq sahəsi əldə edən şəxslər üçün yenilik edilib

Bakı. 16 dekabr. REPORT.AZ/ Fərdi yaşayış evinin tikilməsi üçün bələdiyyələrdən torpaq sahəsi əldə edən şəxslər həmin torpaq sahəsini 5 il müddətinə özgəninkiləşdirə bilməzlər. “Report” xəbər verir ki, Milli Məclisin bu gün keçirilən iclasında bununla bağlı “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” qanuna dəyişikliklər edilib.

Qanuna əlavə edilən maddədə qeyd olunur ki, “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” qanunda və Azərbaycanın tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə müəyyən edilən hallar istisna olmaqla, mülkiyyətinə fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi əldə etmiş şəxs həmin torpaq sahəsini beş il müddətində özgəninkiləşdirə bilməz.

Əlavədə qeyd olunur ki, belə məhdudiyyət bələdiyyənin qərarında və qanunvericiliyinə uyğun olaraq tərəflər arasında bağlanmalı olan müqavilədə nəzərdə tutulmalıdır.

Son xəbərlər

Orphus sistemi