Belarus və Ukrayna Azərbaycan Dövlət Dəniz Administrasiyasının təcrübəsindən yararlanmaq istəyir

Belarus və Ukrayna Azərbaycan Dövlət Dəniz Administrasiyasının təcrübəsindən yararlanmaq istəyir Bakı. 7 dekabr. REPORT.AZ/ Azərbaycan Dövlət Dəniz Administrasiyasının rəisi Qüdrət Qurbanovun rəhbərlik etdiyi nümayəndə heyəti Beynəlxalq Dəniz Təşkilatının 30-cu Assambleyasının sessiyasında iştirak edib.
İnfrastruktur
7 Dekabr , 2017 10:13
Belarus və Ukrayna Azərbaycan Dövlət Dəniz Administrasiyasının təcrübəsindən yararlanmaq istəyir
Ardda.gov.az

Bakı. 7 dekabr. REPORT.AZ/ Azərbaycan Dövlət Dəniz Administrasiyasının rəisi Qüdrət Qurbanovun rəhbərlik etdiyi nümayəndə heyəti Beynəlxalq Dəniz Təşkilatının 30-cu Assambleyasının sessiyasında iştirak edib.

Administrasiyadan “Report”a verilən məlumata görə, Beynəlxalq Dəniz Təşkilatının London şəhərində yerləşən mənzil-qərargahında keçirilən iclasda Assambleyanın prezidenti və vitse-prezidentləri seçilib, etimadnamə komitəsi və digər komitələr yaradılıb, Beynəlxalq Dəniz Təşkilatının Şurasının və digər komitələrinin 2017-ci il ərzində keçirilən sessiyalarının yekunları barədə məruzələr dinlənilib.

Dəniz nəqliyyatı sahəsi üzrə beynəlxalq konvensiyaların tələblərindən irəli gələn öhdəliklərin icra vəziyyətinin qiymətləndirilməsi məqsədi ilə Beynəlxalq Dəniz Təşkilatının Audit Ekspert Qrupunun bu ilin 28 may-6 iyun tarixlərində Azərbaycan Dövlət Dəniz Administrasiyasında keçirdiyi audit yoxlamasının nəticələri ilə bağlı Azərbaycan nümayəndə heyətinin rəhbəri Q.Qurbanov çıxış edib. Administrasiyanın rəisi bildirib ki, auditin nəticələrinə əsasən, Azərbaycan 172 dəniz dövləti sırasında ən qabaqcıllar olan Avropa dövlətlərini geridə qoyaraq, statistika üzrə ön sırada yer tutub. Azərbaycan nümayəndə heyətinin rəhbəri vurğulayıb ki, Audit Ekspert Qrupunun keçirdiyi audit yoxlamasının müsbət nəticələri Azərbaycanda dəniz nəqliyyatı sahəsində həyata keçirilən tədbirlərin, qəbul edilən normativ hüquqi aktların, gəmilərin standartlarına nəzarət və müfəttişlər tərəfindən yoxlanılmasının, Dövlət Dəniz Administrasiyasının tabeliyində olan liman kapitanlarının fəaliyyətinin, liman akvatoriyalarında və ümumiyyətlə Azərbaycanın bütün ərazi sularında gəmilərin hərəkətinin idarə edilməsi sisteminin Beynəlxalq Dəniz Təşkilatının bütün tələblərinə uyğun olaraq yüksək səviyyədə təşkil olunması barədə fikir yürütməyə əsas verir.

Audit yoxlamasından uğurla çıxan Azərbaycan Dövlət Dəniz Administrasiyasının qazandığı müsbət nəticələr Beynəlxalq Dəniz Təşkilatına üzv dövlətlərin rəğbətinə səbəb olub. Beynəlxalq Dəniz Təşkilatına üzv dövlətlər Belarus və Ukraynanın təmsilçiləri Azərbaycanın təcrübəsindən yararlanmaq istədiklərini və tezliklə geniş nümayəndə heyəti ilə Azərbaycana səfər edəcəklərini bildiriblər.

Qeyd edək ki, Türkmənistanın Çay və Dəniz Nəqliyyatı Dövlət Xidmətinin Dəniz Üzgüçülüyünə nəzarət üzrə Dövlət Administrasiyasının rəhbərliyi də noyabr ayında bu məqsədlə Azərbaycana səfərə gəlmişdi. 

Son xəbərlər

Orphus sistemi