Beknazar Bazaraliyev: "Qırğızıstan-Özbəkistan-Türkmənistan-Azərbaycan-Aİ nəqliyyat dəhlizi tam fəaliyyətdədir"

Beknazar Bazaraliyev: "Qırğızıstan-Özbəkistan-Türkmənistan-Azərbaycan-Aİ nəqliyyat dəhlizi tam fəaliyyətdədir" Bu gün Qırğızıstan-Özbəkistan-Türkmənistan-Azərbaycan-Avropa İttifaqı (Aİ) nəqliyyat dəhlizi tam fəaliyyət göstərir.
İnfrastruktur
23 Yanvar , 2025 10:18
Beknazar Bazaraliyev: Qırğızıstan-Özbəkistan-Türkmənistan-Azərbaycan-Aİ nəqliyyat dəhlizi tam fəaliyyətdədir

Bu gün Qırğızıstan-Özbəkistan-Türkmənistan-Azərbaycan-Avropa İttifaqı (Aİ) nəqliyyat dəhlizi tam fəaliyyət göstərir.

“Report” Qırğızıstan mətbuatına istinadən xəbər verir ki, bunu ölkənin nəqliyyat və kommunikasiya nazirinin müavini Beknazar Bazaraliyev bildirib.

Onun sözlərinə görə, yerli yük daşıyıcıları malların Avropaya çatdırılması üçün artıq bu marşrutdan istifadə edirlər.

"Yük daşıyıcılarımız mallarını Avropaya aşağıdakı marşrutla çatdırırlar: Qırğızıstandan Özbəkistana, sonra Türkmənistana, daha sonra Xəzər dənizi vasitəsilə Azərbaycana və nəhayət Avropaya. Bu gün biz Şimal-Cənub yolunun istismara verilməsi prosesinin astanasındayıq ki, bu da nəqliyyat dəhlizi üçün yaxşı perspektivlər açır", - o bildirib.

Bu nəqliyyat dəhlizi malların Qırğızıstandan Türkmənistana, "Türkmənbaşı" limanına, daha sonra isə növbəti mərhələdə Xəzər dənizi vasitəsilə Avropaya və ya Həştərxana (Rusiya) nəqli üçün "Ələt" limanına (Azərbaycan) daşınmasına imkan verir.

Son xəbərlər

Orphus sistemi