İyunda Bakı Beynəlxalq Avtovağzal Kompleksindən istifadə edən sərnişin sayı açıqlanıb

İyunda Bakı Beynəlxalq Avtovağzal Kompleksindən istifadə edən sərnişin sayı açıqlanıb 2019-cu ilin iyun ayı ərzində Bakı Beynəlxalq Avtovağzal Kompleksindən ümumilikdə 10 915 reyslə 287 585 sərnişin daşınıb.
İnfrastruktur
8 İyul , 2019 13:12
İyunda Bakı Beynəlxalq Avtovağzal Kompleksindən istifadə edən sərnişin sayı açıqlanıb

2019-cu ilin iyun ayı ərzində Bakı Beynəlxalq Avtovağzal Kompleksindən ümumilikdə 10 915 reyslə 287 585 sərnişin daşınıb. 

 Bui barədə "Report"a Bakı Beynəlxalq Avtovağzal Kompleksindən bildirilib.

Məlumata görə,  iyun ayı ərzində 260 000 sərnişin şəhərlərarası istiqamətlərə, 27 585 sərnişin isə Beynəlxalq reyslərlə yola düşüb.

Şəhərlərarası istiqamətlərdə ən çox sərnişin axını Gəncə, Qırmızı Körpü, Xaçmaz, Quba, Qusar, Mingəçevir, Şəki istiqamətlərinə olub. Beynəlxalq reyslərdə isə Marneuli, İstanbul, Tbilisi, Naxçıvan şəhərlərinə gedənlərin sayı üstünlük təşkil edir. 

Qabaqcadan satış kassalarından və “Onlayn” qaydada bilet alanların sayı 15 000-dən çoxdur. Sərnişin sayından asılı olaraq bölgələrə və beynəlxalq reyslərə avtobus sayı artırılıb. Ötən ilin iyun ayı ilə müqayisədə Beynəlxalq reyslərlə səfər edənlərin sayında artım müşahidə olunur.

Son xəbərlər

Orphus sistemi