Baş nazirin müavini: "Rusiya Xəzər dənizi və Azərbaycan vasitəsilə Hind okeanına çıxmağa çalışır"

Baş nazirin müavini: "Rusiya Xəzər dənizi və Azərbaycan vasitəsilə Hind okeanına çıxmağa çalışır" Nəqliyyat dəhlizlərinin yaradılması məsələsində Rusiyanın strateji vəzifəsi Xəzər dənizi, Azərbaycan və İran vasitəsilə Hind okeanına [“Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizi vasitəsi ilə - red] çıxış əldə etməkdir.
İnfrastruktur
6 Mart , 2024 14:39
 Baş nazirin müavini: Rusiya Xəzər dənizi və Azərbaycan vasitəsilə Hind okeanına çıxmağa çalışır

Nəqliyyat dəhlizlərinin yaradılması məsələsində Rusiyanın strateji vəzifəsi Xəzər dənizi, Azərbaycan və İran vasitəsilə Hind okeanına [“Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizi vasitəsi ilə - red] çıxış əldə etməkdir.

“Report” xəbər verir ki, bunu Rusiya Baş nazirinin müavini Marat Xusnullin Rusiyada keçirilən "Ümumdünya Gənclər Festivalı-2024" tədbirində çıxışı zamanı deyib.

“Biz Xəzər dənizi, Azərbaycan, İran vasitəsilə, Süveyş kanalından, Bosfor boğazından yan keçməklə Hind okeanına çıxış əldə etmək istəyirik. Bu o deməkdir ki, bu, bizim üçün nəqliyyat baxımından strateji vəzifədir. Təbii ki, biz bu istiqamətdə həm avtomobil, həm də dəmir yolları çəkirik”, - o qeyd edib.

Qeyd edək ki, "Şimal-Cənub" əsasən Hindistandan və İran Körfəzi regionundan yüklərin Rusiya, Qərbi Avropa, Baltikyanı və Skandinaviya ölkələrinə çatdırılmasına hesablanıb. Bu dəhliz (avtomobil və dəmir yolu) Rusiya, Azərbaycan və İranı birləşdirir. Bu dəhlizdə çatışmayan yeganə halqa İran ərazisində Rəşt-Astara dəmir yolu hissəsidir.

2023-cü ilin mayında Rusiya və İran bu hissənin tikintisi haqqında saziş bağlayıblar. 162 kilometr uzunluğu olan bu hissənin tikintisi Sankt-Peterburqdan Fars körfəzində Bender-Abbas limanına qədər bütün ərazi boyunca dəmir yolu əlaqəsini təmin edəcək. Bu hissənin tikintisinə 2024-cü ilin mart ayında başlanacağı nəzərdə tutulur.

Son xəbərlər

Orphus sistemi