Baş katib: "Orta Dəhliz Şimal dəhlizinə rəqib deyil"

Baş katib: "Orta Dəhliz Şimal dəhlizinə rəqib deyil" "Orta Dəhliz (Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu) Şimal (Rusiya) dəhlizinə rəqib deyil".
İnfrastruktur
2 İyun , 2023 15:43
Baş katib: Orta Dəhliz Şimal dəhlizinə rəqib deyil

"Orta Dəhliz (Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu) Şimal (Rusiya) dəhlizinə rəqib deyil".

"Report" xəbər verir ki, bunu "Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu" Beynəlxalq Assosiasiyasının Baş katibi Qaydar Abdikerimov deyib.

"Hər kəs elə hesab edir ki, Orta Dəhliz Şimal Dəhlizinə rəqib olaraq yaradılıb, lakin bu, belə deyil. Orta Dəhliz 10 ildir ki, yaradılıb. Assosiasiya olaraq isə 6 ildir ki, yaradılmışıq. Orta Dəhliz yeni İpək yolunun davamıdır və multimodal dəhlizdir. Şimal dəhlizində yüklər əsasən dəmir yolu ilə daşınır. Lakin bizdə yükdaşımalar tamamilə fərqlənir. Orta Dəhlizdə daşınan yüklər 3 dənizdən keçir. Böhran başlayan kimi bizə Avropanın Şərqindən və Qərbindən müxtəlif ölkələr müraciət etdi. Bizim marşrut daha da genişləndi. 2022-ci il Orta Dəhlizin əhəmiyyətini bir daha vurğuladı", - deyə o qeyd edib.

Son xəbərlər

Orphus sistemi