Bakı-Tbilisi-Qars dəmir yolu 2015-ci ildə istismara veriləcək

Bakı-Tbilisi-Qars dəmir yolu 2015-ci ildə istismara veriləcək Bu ilin sonunda xəttə sınaq qatarı buraxılacaq
İnfrastruktur
21 Avqust , 2014 12:08
Bakı-Tbilisi-Qars dəmir yolu 2015-ci ildə istismara veriləcək
Bakı. 21 avqust. REPORT.AZ/ Bakıda Azərbaycan-Gürcüstan Koordinasiya Şurasının 20-ci görüşü keçirilib. "Report" Gürcüstan İqtisadiyyat Nazirliyinə istinadən xəbər verir ki, gürcü nümayəndə heyətinə görüşdə İqtisadiyyat naziri, baş nazirin müavini Georgi Kvirikaşvili, Azərbaycan nümayəndə heyətinə isə nəqliyyat naziri Ziya Məmmədov rəhbərlik edib. Tərəflər Bakı-Tbilisi-Qars dəmir yolu bağlantısı layihəsinin Marabdi-Kartsaxi hissəsinin tikintisi ilə bağlı bir sıra məsələləri və tikinti işlərinin templərini müzakirə ediblər. Nazirlər dəmir yolu magistralının beynəlxalq əhəmiyyətini vurğulayıblar, eləcə də həmin layihə çərçivəsində regionun iqtisadi inkişaf perspektivlərini müzakirə ediblər. 

Bakı-Tbilisi-Qars dəmir yolunun 2015-ci ildə istismara veriləcəyi planlaşdırılır, sınaq qatarı isə bu ilin sonunda hərəkət edəcək.

Həmin layihənin həyata keçirilməsi Azərbaycan, Gürcüstan və Türkiyənin dəmir yol şəbəkələrini birləşdirməyə imkan verəcək. Layihəyə 2007-ci ildə stat verilib..

İlkin mərhələdə bu marşrutla ildə 10 mln. tona qədər yükün daşınması planlaşdırılır, sonradan həmin həcm 25 mln. tona çatdırılacaq.

Son xəbərlər

Orphus sistemi