“Bakmil” metrostansiyası istiqamətində qatarların hərəkət cədvəli dəyişib

“Bakmil” metrostansiyası istiqamətində qatarların hərəkət cədvəli dəyişib "Bakı Metropoliteni" QSC apardığı monitorinqlərin nəticəsini və sərnişinlərin müraciətini nəzərə alaraq, “Bakmil” stansiyası istiqamətində qatarların hərəkət cədvəlinə düzəliş edib.
İnfrastruktur
15 Avqust , 2022 16:43
“Bakmil” metrostansiyası istiqamətində qatarların hərəkət cədvəli dəyişib

"Bakı Metropoliteni" QSC apardığı monitorinqlərin nəticəsini və sərnişinlərin müraciətini nəzərə alaraq, “Bakmil” stansiyası istiqamətində qatarların hərəkət cədvəlinə düzəliş edib.

Bu barədə “Report”a qurumun mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, yay qrafikinin iş günləri cədvəlinə edilmiş əlavəyə uyğun olaraq, hər iş günü aşağıda qeyd edilən istiqamətlərdə qatarların hərəkəti təşkil olunacaq:

▪️ 06:40-da - “Nərimanov” stansiyasından “Bakmil” stansiyasına;

▪️ 07:16-da - “Bakmil” stansiyasından “Nərimanov” stansiyasına.

Son xəbərlər

Orphus sistemi