Bakının Zabrat qəsəbəsində yeni içməli su şəbəkəsinin inşasına başlanılıb

Bakının Zabrat qəsəbəsində yeni içməli su şəbəkəsinin inşasına başlanılıb “Azərsu” ASC  Bakı şəhəri və ətraf qəsəbələrdə əhalinin içməli su təchizatının yaxşılaşdırılması məqsədilə layihələrin icrasını davam etdirir.
İnfrastruktur
2 Sentyabr , 2020 15:03
Bakının Zabrat qəsəbəsində yeni içməli su şəbəkəsinin inşasına başlanılıb

“Azərsu” ASC  Bakı şəhəri və ətraf qəsəbələrdə əhalinin içməli su təchizatının yaxşılaşdırılması məqsədilə layihələrin icrasını davam etdirir.

Bu barədə "Report"a qurumdan bildirilib.

Bakıətrafı qəsəbələrdə avtomobil yollarının yenidən qurulması tədbirləri çərçivəsində Sabunçu rayonunun Zabrat qəsəbəsinin bir hissəsində yeni içməli su şəbəkəsinin inşasına başlanılıb.

Zabrat qəsəbəsində icra olunan layihə Aşıq Ələsgər, Mirzə Mənsur, Bəşir Səfəroğlu və Murad Mirzəyev küçələrini əhatə edir. Bu küçələrdə mərkəzləşdirilmiş içməli su şəbəkələri mövcud olmayıb. İçməli su təchizatı əhali tərəfindən fərdi qaydada yaradılmış və tikinti normalarına cavab verməyən şəbəkələr hesabına aparılıb. Uzun illərdir istismar olunaraq yararsız vəziyyətə düşmüş su xətlərində tez-tez qəzalar baş verirdi və əhalinin içməli su təchizatında çətinliklər yaranırdı. Bütün bunlar nəzərə alınaraq həmin ərazilərdə içməli su təchizatı şəbəkəsinin yenidən qurulmasına qərar verilib.

“Azərsu” ASC-nin “Sutikinti” Müəssisəsi tərəfindən icra olunan layihə çərçivəsində ərazidə müxtəlif diametrli polietilen borularla 6 km uzunluğunda su xətləri çəkiləcək. Yeni yaradılmış şəbəkədən 500-dək ünvana ev birləşməsi veriləcək. Bununla da Zabrat qəsəbəsində 2 mindən çox sakin dayanıqlı və təhlükəsiz içməli su ilə təmin olunacaq.

Qeyd edək ki, avtomobil yollarının yenidən qurulması ilə əlaqədar hazırda Sabunçu rayonu ilə yanaşı, Binəqədi, Səbail və Xətai rayonlarında da layihələr icra olunur.  

Son xəbərlər

Orphus sistemi