Bakının Nizami rayonunun avtomobil yolunun yenidən qurulması üçün 5 milyon manat ayrılıb

Bakının Nizami rayonunun avtomobil yolunun yenidən qurulması üçün 5 milyon manat ayrılıb Prezident İlham Əliyev bununla bağlı sərəncam imzalayıb
İnfrastruktur
12 May , 2016 17:40
Bakının Nizami rayonunun avtomobil yolunun yenidən qurulması üçün 5 milyon manat ayrılıb

Bakı. 12 may. REPORT.AZ/ Prezident İlham Əliyev Bakı şəhəri Nizami rayonunun daxili avtomobil yollarında yenidənqurma işlərinin davam etdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb.

"Report"un məlumatına görə, sərəncamla Bakı şəhəri Nizami rayonunun daxili avtomobil yollarında yenidənqurma işlərinin davam etdirilməsi məqsədilə Azərbaycan Respublikasının 2016-cı il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan “Azəravtoyol” Açıq Səhmdar Cəmiyyətinə 5 milyon manat ayrılıb. 

Maliyyə Nazirliyinə müvafiq məbləğdə maliyyələşməni təmin etmək tapşırılıb.

Son xəbərlər

Orphus sistemi