Bakının Mikayıl Müşfiq küçəsində asfaltlanma işləri icra olunur

Bakının Mikayıl Müşfiq küçəsində asfaltlanma işləri icra olunur Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi Bakının Yasamal rayonunun Miкayıl Müşfiq küçəsində asfaltlanma işləri icra edir.
İnfrastruktur
5 İyul , 2024 14:49
Bakının Mikayıl Müşfiq küçəsində asfaltlanma işləri icra olunur

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi Bakının Yasamal rayonunun Mikayıl Müşfiq küçəsində asfaltlanma işləri icra edir.

"Report" bu barədə agentliyə istinadən xəbər verir.

Təmir işləri sözügedən küçənin Parlament prospektindən İsmayıl bəy Qutqaşınlı küçəsinə qədər olan hissəsi üzrə aparılır.

Yerinə yetirilən işlər çərçivəsində küçənin köhnə asfalt-beton örtüyünün frezlənməsi artıq yekunlaşıb. Hazırda ərazidə asfaltlanma işləri icra olunur.

“İnşaat Norma və Qaydaları”nın tələblərinə əsasən sonda avtonəqliyyat vasitələrinin normal hərəkətinin təmin edilməsi üçün üfüqi nişanlanma xətlərinin çəkilişi və yeraltı kommunikasiya xətlərinin baxış qapaqlarının layihə hündürlüyünə qaldırılması işləri də aparılacaq.

Son xəbərlər

Orphus sistemi