Qarlı hava Bakının mərkəzi küçə və prospektlərində sıxlıq yaradıb - FOTO

Qarlı hava Bakının mərkəzi küçə və prospektlərində sıxlıq yaradıb - FOTO Paytaxtda müşahidə edilən qarlı hava yollarda tıxacların yaranmasına səbəb olub
İnfrastruktur
8 Dekabr , 2016 10:03
Qarlı hava Bakının mərkəzi küçə və prospektlərində sıxlıq yaradıb - FOTO

Bakı. 8 dekabr. REPORT.AZ/ Hazırda Bakı şəhərində müşahidə edilən qarlı hava şəraiti ilə əlaqədar bəzi küçə və prospektlərdə nəqliyyat vasitələrinin hərəkətində sıxılıq yaranıb. 

Bakı Nəqliyyat Agentliyinin (BNA) sektor müdiri Mais Ağayevin "Report"a verdiyi xəbərə görə, Tbilisi prospekti (hər iki istiqamətdə), Ziya Bünyadov prospekti (hər iki istiqamətdə), Heydər Əliyev prospekti (mərkəzə doğru), Abdulvahab Salamzadə küçəsi (hər iki istiqamətdə) və Yusif Səfərov küçəsində (mərkəzə doğru) avtomobillərin hərəkətində sıxlıq müşahidə edilir.

Qeyd edək ki, BNA sürücülərə bildirir ki, buzlu yollarda nəqliyyat vasitələrini ehtiyatla idarə etsinlər.

Son xəbərlər

Orphus sistemi