Bakının mərkəzi küçələrində yeni yağış-kanalizasiya sistemi quraşdırılır
- 01 may, 2015
- 06:46
Yeniliklərdən dərhal xəbərdar olun!
Bakı. 1 may. REPORT.AZ/ Bakı şəhərinin Xətai rayonunda Yusif Səfərov küçəsindən "Amay" Ticarət Mərkəzinə qədər olan hissədə təmir-tikinti işləri aparılır. Bu işlərin başlaması həmin yolda yağış-kanalizasiya sisteminin olmaması və yağış zamanı yolun sıradan çıxması ilə əlaqədardır.
Bu haqda "Report"a Nəqliyyat Nazirliyi "Azəryolservis" ASC-nin Mətbuat Katibliyinin rəhbəri Anar Nəcəfli məlumat verib.
Onun sözlərinə görə, hazırda həmin ərazidə yeni yağış-kanalizasiya sistemi quraşdırılıb, səth sularının normal axıdılması üçün səki daşları yenilənir: "Yağış barmaqlıqları da qoyulur. Bundan başqa, kommunikasiya xətlərinin asfalt-beton örtüyü qaldırılır və yenisi ilə əvəz edilir. Köhnə asfalt-beton örtüyünün üst qatı qaşınacaq və yenisi ilə əvəz ediləcək".
Ərazidəki yolun təmir işlərinin nə zaman bitəcəyi hələlik məlum deyil.