Bakının istehlak bazarının dəyəri 3% artıb

İnfrastruktur
  • 08 mart, 2019
  • 07:38
Bakının istehlak bazarının dəyəri 3% artıb

Bakı. 8 mart. REPORT.AZ/ Bu ilin yanvar ayında Bakı şəhərində əhalinin tələbatlarının ödənilməsi məqsədilə istehlak bazarında satılmış məhsulların və göstərilmiş xidmətlərin dəyəri 2 066,3 mln. manat təşkil edib. 

"Report" bu barədə Dövlət Statistika Komitəsinin Bakı Şəhər Statistika İdarəsinə istinadən xəbər verir. 

Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 3% çoxdur. 

Satılmış məhsulların və göstərilmiş xidmətlərin 95,5%-i qeyri-dövlət sektoruna aid olub. Bu bölmə üzrə pərakəndə ticarət dövriyyəsinin və ödənişli xidmətlərin dəyəri illik müqayisədə 3,5% artaraq 1 974,1 mln. manata çatıb. 

Son 1 ildə hüquqi şəxs statuslu müəssisələrdə satılmış məhsulların və göstərilmiş xidmətlərin dəyəri isə 17,1% artaraq 726,2 mln. manat təşkil edib.