Bakıda yaşıl hibrid dəhlizlərin yaradılması təklif edilir

Bakıda yaşıl hibrid dəhlizlərin yaradılması təklif edilir Yeni inkişaf ərazilərində tələb olunan səviyyədə açıq məkanların yaradılması və 4ı layihənin həyata keçirilməsi planlaşdırılır
İnfrastruktur
9 Oktyabr , 2020 15:40
Bakıda yaşıl hibrid dəhlizlərin yaradılması təklif edilir

Sürətli urbanizasiya prosesi nəticəsində şəhərdə mütəmadi subasma halları, “istilik adası” effekti, havanın çirklənməsi, yaşıllıq sahələrinin azalması kimi hallar müşahidə olunur.

“Report” xəbər verir ki, bu barədə bu gün ictimaiyyətə təqdim edilmiş Bakının Baş Planında qeyd edilib.

Məlumatda deyilir: “Belə neqativ hallar müasir ictimai nəqliyyat sisteminin inkişafı, yaşıllaşdırma tədbirlərinin həyata keçirilməsi, paytaxtın mühəndis-kommunikasiya sistemlərinin yenidən qurulması və ətraf mühitin mühafizəsi ilə bağlı kompleks tədbirlərin əlaqələndirilmiş şəkildə icrası nəticəsində aradan qaldırılacaq. Şəhər ərazisində yaşıllıq sahələrinin və açıq məkanların artırılması Bakı şəhərinin Baş Planının əsas prioritetlərindən biridir. Bu məqsədlə, “Dövlət Şəhərsalma Norma və Qaydalarına (AzDTN 2.6-1)” uyğun olaraq, Bakı şəhərinin Baş Planı çərçivəsində adambaşına düşən yaşıllıq sahəsinin 8 m2-ə çatdırılması istiqamətində müvafiq tədbirlərin görülməsi nəzərdə tutulur".

Bu hədəfə nail olmaq üçün mövcud yaşıllıqların qorunması, yeni inkişaf ərazilərində tələb olunan səviyyədə açıq məkanların yaradılması və aşağıdakı layihələrin həyata keçirilməsi planlaşdırılır:

- Xocahəsən gölünün ətrafında geniş parkın salınması;

- Bakı bulvarının uzunmüddətli perspektivdə uzadılması (Bibiheybət ərazisi daxil olmaqla);

- Böyükşor, Zığ və Bülbülə göllərinin ətrafında yaşıl istirahət zonalarının salınması;

- Şəhər daxilində “yaşıl hibrid dəhlizlər” sisteminin tətbiqi.

Son xəbərlər

Orphus sistemi