Bakının 4 rayonunda su olmayacaq

Bakının 4 rayonunda su olmayacaq Bakının dörd rayonunda su olamayacaq
İnfrastruktur
17 İyul , 2020 16:52
Bakının 4 rayonunda su olmayacaq

Sabah səhər saatlarına qədər Bakının Səbail, Yasamal, Nəsimi və Binəqədi rayonlarının bir hissəsinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.

Bu barədə “Report”a “Azərsu” ASC-nin Mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı məlumat verib. 

Onun sözlərinə görə, məhdudiyyətlərin yaranmasına səbəb paytaxtın mərkəzi hissəsini qidalandıran magistral su kəmərində (Sulutəpə qəsəbəsi ərazisindən keçən hissəsində) baş vermiş qəzadır. Qəza briqadaları, xüsusi texnikası əraziyə cəlb edilib və qəzanın aradan qaldırılması istiqamətində tədbirlər görülür.

Son xəbərlər

Orphus sistemi