​Bakının dəmiryolu və avtobus vağzallarında taksi dayanacaqları təşkil edilib

​Bakının dəmiryolu və avtobus vağzallarında taksi dayanacaqları təşkil edilib Hazırda bu dayanacaqlarda yerləşdirilməsi nəzərdə tutulan avtomobillərin sayı dəqiqləşdirilir
İnfrastruktur
22 Aprel , 2015 15:06
​Bakının dəmiryolu və avtobus vağzallarında taksi dayanacaqları təşkil edilib

Bakı. 22 aprel. REPORT.AZ/ İyunun 12-28-də Bakıda keçiriləcək I Avropa Oyunlarına hazırlıq mərhələsində qonaqlar, tədbir iştirakçıları və şəhər sakinlərinə sərnişindaşıma xidməti göstərmək məqsədilə Bakı Dəmiryolu Vağzalı və Bakı Beynəlxalq Avtovağzalın ərazilərində taksi dayanacaqları təşkil edilib və pasportlaşdırılıb. Bu barədə "Report"a "Bakı Sərnişin Nəqliyyatı" MMC-dən məlumat verilib.

Bundan başqa, hazırda Bakı şəhərinin digər əraziləri üzrə 79 sayda pasportlaşdırılmış taksi dayanacaqları təşkil olunub. Hazırda bu dayanacaqlarda yerləşdirilməsi nəzərdə tutulmuş minik avtomobillərinin sayı dəqiqləşdirilir. Onların təxmini sayı 800-900 vahid olacaq.

Xatırladaq ki, beynəlxalq idman oyunları vaxtı Bakı şəhərinin mərkəzi hissəsində istismar olunan avtobus marşrutlarının iş rejiminin saat 02:00-dək uzadılması nəzərdə tutulub.

Son xəbərlər

Orphus sistemi