Bakının Cabir Novruz küçəsi təmir olunur

Bakının Cabir Novruz küçəsi təmir olunur Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi Bakının Sabunçu rayonunun Ramana qəsəbəsində uzunluğu 1,2 km, eni 6 metr olan Cabir Novruz küçəsini təmir edir.
İnfrastruktur
4 Dekabr , 2023 12:16
Bakının Cabir Novruz küçəsi təmir olunur

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi Bakının Sabunçu rayonunun Ramana qəsəbəsində uzunluğu 1,2 km, eni 6 metr olan Cabir Novruz küçəsini təmir edir.

“Report” xəbər verir ki, bu barədə Agentlik məlumat yayıb.

Bildirilir ki, təmir işləri çərçivəsində zəruri olan yerlərdə yararsız qrunt qazılaraq çıxarılıb, əks-dolğu işləri icra olunaraq yeni yol yatağının tikintisi və küçənin profilə salınması işləri görülüb, optimal qum-çınqıl qarışığından yol əsası işlənilib.

Hazırda küçəyə yeni asfalt-beton örtüyünün döşənməsi işləri aparılır.

Son xəbərlər

Orphus sistemi