Bakının bir sıra küçə və prospektlərində tıxac yaranıb.
“Report” xəbər verir ki, bu barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi məlumat yayıb.
Hazırda:
1. Bakı-Sumqayıt şosesi, "20 Yanvar" metrostansiyası istiqamətində;
2. Tbilisi prospekti, "20 Yanvar" metrostansiyasından mərkəz istiqamətində;
3. Heydər Əliyev prospekti, kənar yol, mərkəz istiqamətində;
4. "20 Yanvar" dairəsində;
5. Ziya Bünyadov prospekti, Müzəffər Nərimanov küçəsi ilə kəsişmədən "20 Yanvar" metrostansiyası istiqamətində;
6. Dilarə Əliyeva küçəsi, Puşkin küçəsi ilə kəsişmədən Rəşid Behbudov küçəsi ilə kəsişməyə qədər;
7. Üzeyir Hacıbəyli küçəsi, Cavanşir körpüsündən Azadlıq prospekti ilə kəsişməyə qədər;
8. Afiyəddin Cəlilov küçəsi, Yusif Səfərov küçəsi istiqamətində;
9. Rəşid Behbudov küçəsi, Mərkəzi Bank istiqamətində;
10. Binəqədi şosesi, "Azadlıq Prospekti" metrostansiyasından Binəqədi qəsəbəsi istiqamətində;
11. Aeroport şosesi, "Koroğlu" metrostansiyası istiqamətində;
12. 28 May küçəsi, Puşkin küçəsi ilə kəsişmədən Rəşid Behbudov küçəsi ilə kəsişməyə qədər;
13. Zərifə Əliyeva küçəsində;
14. Yusif Səfərov küçəsi, Heydər Əliyev prospekti istiqamətində sıxlıq müşahidə olunur.