​Bakının bəzi yollarında tıxac yaranıb

​Bakının bəzi yollarında tıxac yaranıb Paytaxtın bir sıra prospekt və küçələrində hərəkətin sıxlığı müşahidə olunur
İnfrastruktur
1 Aprel , 2015 09:52
​Bakının bəzi yollarında tıxac yaranıb

Bakı. 1 aprel. REPORT.AZ/ Bu gün səhər saatlarında Bakı şəhərinin bəzi hissələrində yollarda nəqliyyatın sıxlığı yaşanır.

Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən "Report"a verilən məlumata görə, hazırda paytaxtın Bakı-Sumqayıt şosesi (Bakı Beynəlxalq Avtovağzal Kompleksinin qarşısı, şəhər istiqamətində), Mehdi Hüseyn və Niyazi küçələrində (hər iki istiqamətdə) nəqliyyat tıxacı var.

Eyni zamanda Xətai prospekti (Təhsil Nazirliyinin qarşısı, hər iki istiqamətdə) və Tbilisi prospektində (hər iki istiqamətdə) nəqliyyat vasitələrinin sıxlığı yaranıb. 

Son xəbərlər

Orphus sistemi