Bakının bəzi ərazilərində su olmayacaq

İnfrastruktur
  • 20 sentyabr, 2018
  • 14:46
Bakının bəzi ərazilərində su olmayacaq
Azərsu
Report

Bakı. 20 sentyabr. REPORT.AZ/ Sentyabrın 21-də gün ərzində Biləcəri, Binəqədi və Masazır qəsəbələrinin bəzi ərazilərinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.

“Report”a “Azərsu” ASC-dən verilən məlumata görə, məhdudiyyətlər Bakıətrafı qəsəbələrin içməli su təchizatının yaxşılaşdırılması məqsədilə magistral su xətlərində yenidənqurma işlərinin aparılması ilə əlaqədardır.

Yaranacaq narahatlıqla əlaqədar “Azərsu” ASC abonentlərdən üzr istəyir.