Bakının bəzi avtomagistrallarında sürət həddi endirilib

Bakının bəzi avtomagistrallarında sürət həddi endirilib Hazırda paytaxtda müşahidə edilən yağıntılı hava şəraiti ilə əlaqədar Heydər Əliyev prospekti-Hava Limanı-Bilgəh və Zığ dairəsi-Hava limanı avtomagistrallarında bütün zolaqlar üzrə sürət həddi endirilib. Məqsəd, hərəkətin təhlükəsizliyini təmin etməkdir.
İnfrastruktur
217
28 Sentyabr , 2021 09:50
Bakının bəzi avtomagistrallarında sürət həddi endirilib

Hazırda paytaxtda müşahidə edilən yağıntılı hava şəraiti ilə əlaqədar Heydər Əliyev prospekti-Hava Limanı-Bilgəh və Zığ dairəsi-Hava limanı avtomagistrallarında bütün zolaqlar üzrə sürət həddi endirilib. Məqsəd, hərəkətin təhlükəsizliyini təmin etməkdir.

Bu barədə "Report"a Bakı Nəqliyyat Agentliyindən bildirlib.

"Bir daha hərəkət iştirakçılarına bu cür hava şəraitində ehtiyyatlı olmağı tövsiyə edirik. Sürücülərdən yollarda sürət həddinə əməl etmələrini, meteoroloji amilləri nəzərə almalarını və digər hərəkət iştirakçılarına qarşı anlayışla davranmalarını xahiş edirik.

Eyni zamanda, piyadalara yolun hərəkət hissəsinə çıxmamaq və yolun qarşı tərəfinə keçərkən müəyyən olunan piyada keçidlərindən istifadə etmələri tövsiyə edilir", - qurum bəyan edib.

Son xəbərlər

Orphus sistemi