Bakının Badamdar qəsəbəsində içməli su problemi olacaq
İnfrastruktur
- 01 iyul, 2016
- 14:35
Bakı. 1 iyul. REPORT.AZ/ Kür-Bakı magistral su xəttindən ayrılan və Səbail rayonu Badamdar qəsəbəsini içməli su ilə təmin edən iki ədəd magistral xəttin birinin çətin relyef şəraitindən keçən hissəsində qəza baş verib.
“Report”a “Azərsu” ASC-nin ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, bununla əlaqədar Badamdar qəsəbəsinin bir hissəsinin su təchizatında fasilə yaranıb.
Hazırda əraziyə xüsusi texnika və işçi qüvvəsi cəlb olunaraq qəzanın aradan qaldırılması istiqamətində tədbirlər görülür. Qəza-bərpa işlərinin çətin relyef şəraitində aparılması nəzərə alınaraq iyulun 1-2-də Badamdar qəsəbəsinin bir hissəsinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.
Yaranan narahatlıqla əlaqədar “Azərsu” abonentlərdən üzr istəyir.
Son xəbərlər
00:07
SEPAH: Küveyt və Bəhreyn limanlarındakı bütün neft tankerləri hədəf alınacaq
Region23:58
Abdullah Zubir Səudiyyə Ərəbistanı klubunda çıxış edə bilməyəcək
Futbol23:52
Muxtar Babayev: İqlim dəyişikliyi fermerlərin istehsal şəraitinə təsir edir
İnfrastruktur23:36
"Tasnim": ABŞ Xarq adası yaxınlığında İranın neft tankerinə raket hücumu edib
Region23:22
Vuçiç: Serbiyada növbədənkənar seçkilər oktyabrın 25-də keçiriləcək
Digər ölkələr23:10
İranın Cask limanı yaxınlığında partlayış səsi eşidilib
Region22:55
"Xatəm əl-Ənbiya": İran ordusu Amerikanın bölgədəki bazalarını hədəf alacaq
Region22:44
Peru "Amerika Qalxanı" alyansına qoşulub
Digər ölkələr22:35