Bakıdakı ekspres marşrut xətlərinin fəaliyyəti dayandırılır

Bakıdakı ekspres marşrut xətlərinin fəaliyyəti dayandırılır Xüsusi karantin rejiminin gücləndirilməsi və Bakı Metropoliteni QSC-nin fəaliyyətinin məhdudlaşdırılması ilə əlaqədar təşkil olunmuş 7 ekspres marşrut xətti üzrə sərnişindaşımaları iyunun 16-dan dayandırılacaq.
İnfrastruktur
513
12 İyun , 2020 15:50
Bakıdakı ekspres marşrut xətlərinin fəaliyyəti dayandırılır
Report

Xüsusi karantin rejiminin gücləndirilməsi və "Bakı Metropoliteni" QSC-nin fəaliyyətinin məhdudlaşdırılması ilə əlaqədar təşkil olunmuş 7 ekspres marşrut xətti üzrə sərnişindaşımaları iyunun 16-dan dayandırılacaq.

"Report" xəbər verir ki, bu barədə Bakı Nəqliyyat Agentliyi (BNA) məlumat yayıb.

Bildirilib ki, metronun fəaliyyətinin bərpa edilməsi ekspres marşrutlara təlabatı kəskin azaldıb. Statistik təhlillər nəticəsində məlum olub ki, 7 sayda ekspres marşrut üzrə boş yürüşlərin sayı artıb, onların rentabelliyi azalıb, bu da avtobusların səmərəsiz fəaliyət göstərməsinə zəmin yaradır. Belə ki, ekspres xətlər üzrə mayın 9-dan öncə gündəlik orta hesabla 45-46 min sərnişin daşınması həyata keçirilirdisə, metronun fəaliyyətə başlamasından sonra daşıma 94% azalıb və hazırda həmin xətlər üzrə 2-3 min sərnişin daşınır. Onların metrodan istifadəsi hər hansı bir çətinlik yaratmayacaq.

"Həmçinin bildiririk ki, ekspres xətlərdən çıxarılan avtobuslar müsabiqə nəticəsində “BakuBus” MMC-yə həvalə edilən xətlər üzrə sərnişin daşımalarına cəlb ediləcək. Bununla da istismar müddətini başa vuran, texniki baxımdan yararsız avtobusların bir qismi sərnişindaşımalardan kənarlaşdırılacaq", - deyə qurum bəyan edib. 

Xatırladaq ki, xüsusi karantin rejimi günlərində həyat fəaliyyətinin təmin edilməsi baxımından zəruri hesab olunan sahələrdə çalışan vətəndaşların daşınmasını təmin etmək məqsədi ilə təşkil edilən 7 sayda ekspres xətlər 2 ay müddətində fəaliyyət göstərib. Bu müddətdə ekspres xətlər üzrə ümumilikdə 1,5 milyona yaxın sərnişin daşınıb. Metronun fəaliyyətinin məhdudlaşdırıldığı müddətdə isə həm müntəzəm, həm ekspres xətlər üzrə avtobuslarla 30 milyona yaxın sərnişin daşınıb.

Son xəbərlər

Orphus sistemi