Bakı yollarında nisbi sıxlıq var

İnfrastruktur
  • 17 avqust, 2015
  • 04:06
Bakı yollarında nisbi sıxlıq var

Bakı. 17 avqust. REPORT.AZ/ Bu gün səhər saatlarında Bakı şəhərinin küçələrində nəqliyyatın hərəkətində nisbi sıxlıq müşahidə edilir.

Bu haqda "Report"a Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən (NİİM) məlumat verilib.

Xəbərə görə, hazırda Binəqədi şosesi (şəhər mərkəzi istiqamətində) və Bakı-Sumqayıt şosesində (paytaxt istiqamətində) avtomobillərin hərəkətində nisbi sıxlıq qeydə alınıb.