Bakıda sıxlığı aradan qaldırılması üçün xarici həlqəvi yollar salınacaq

Bakıda sıxlığı aradan qaldırılması üçün xarici həlqəvi yollar salınacaq “Xarici Dairəvi Yolu-Böyükşor-Ziya Bünyadov” həlqəvi marşrutunun, habelə “Lökbatan-Xocasən-Binəqədi-Böyükşor-Sabunçu” Xarici Həlqəvi Yolunun yaradılması nəzərdə tutulur
İnfrastruktur
9 Oktyabr , 2020 15:28
Bakıda sıxlığı aradan qaldırılması üçün xarici həlqəvi yollar salınacaq

“Xarici Dairəvi Yolu-Böyükşor-Ziya Bünyadov” həlqəvi marşrutunun, habelə “Lökbatan-Xocasən-Binəqədi-Böyükşor-Sabunçu” Xarici Həlqəvi Yolunun yaradılması nəzərdə tutulur.

"Report” xəbər verir ki, bu barədə bu gün ictimaiyyətə təqdim edilmiş Bakının Baş Planında qeyd edilib.

Bildirilib ki, “Zığ-Aeroport” şosesi vasitəsilə şəhərin şərq və şimal-qərb hissələrinin həlqəvi birləşmə marşrutunun tamamlanması məqsədilə “Xırdalan-M1 avtomobil yolu-Digah-Zabrat-Hava Limanı” həlqəvi magistralın yaradılması nəzərdə tutulur: “Paytaxtın mərkəzi hissəsinin əlavə nəqliyyat yükündən qorunması məqsədilə “Mehdiabad-Dərnəgül-Ziya Bünyadov prospekti-Keşlə-Babək prospekti-“Ağ şəhər”-Nobel prospekti” yeni diaqonal nəqliyyat marşrutunun yaradılması planlaşdırılır”.

Xatırladaq ki, Bakı şəhərinin Baş Planının hazırlanması prosesi beynəlxalq təcrübəyə uyğun olaraq, iki mərhələdə təşkil edilib. 1-ci mərhələdə beynəlxalq strateji məsləhətçi olan “Boston Consulting Group” (BCG) şirkətinin dəstəyi ilə Komitə tərəfindən paytaxtın inkişaf konsepsiyası işlənilib.

Son xəbərlər

Orphus sistemi