Moskva prospektində qəza baş verib, tıxac yaranıb

İnfrastruktur
  • 15 iyul, 2015
  • 04:42
Moskva prospektində qəza baş verib, tıxac yaranıb

Bakı. 15 iyul. REPORT.AZ/ Bakı şəhərinin Moskva prospektində (şəhər mərkəzi istiqamətində, tunelin çıxışında) baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində nəqliyyat vasitələrinin hərəkətində sıxlıq yaranıb.

"Report"un Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinə (NİİM) istinadən verdiyi məlumata görə, sürücülərə alternativ olaraq Moskva prospektinin köməkçi yolundan istifadə etmələri tövsiyə olunur.