Bakıda daha bir yolun təmiri başa çatıb
İnfrastruktur
- 09 sentyabr, 2015
- 05:52
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Bakı. 9 sentyabr. REPORT.AZ/ Təmir olunmadığı üçün yolun hərəkət hissəsi sıradan çıxan Bakı şəhəri Binəqədi rayonunun Abay Kunanbayev küçəsi təmir olunaraq sürücülərin ixtiyarına verilib.
“Azəryolservis” ASC-dən “Report”a verilən məlumata görə, təmir işləri ümumilikdə küçənin 700 metrlik hissəsində aparılıb. Burada zəruri olan yerlərdə yol yatağı bərkidilib, köhnə asfalt-beton örtüyü qaşınaraq ərazidən daşınıb. Daha sonra küçənin 6,3 min kv. metr sahəsinə yeni asfalt-beton örtüyü döşənib. Təmirdən sonra küçə tam yeni görkəm alıb.
Məlumatda qeyd olunub ki, hazırda paytaxtın bir-neçə küçə və prospektlərində də bu çərçivədə təmir-tikinti işləri davam etdirilir.
Son xəbərlər
11:58
Samir Məmmədov: Azərbaycanda internet sürəti 7 dəfə artıb
İKT
11:54
Avropa şirkətləri Azərbaycanda dövlət qurumlarından biznesə daha çox dəstək gözləyir
Biznes
11:51
Dövlət Komitəsi "Ailə institutu – 2040" layihəsi üzərində işləyir
Sosial müdafiə
11:50
Kəmaləddin Heydərov Qaxda vətəndaşları qəbul edəcək
Daxili siyasət
11:47
AMB: Sığorta şirkətlərinin maliyyə dayanıqlığının artırılması planlaşdırılır
Maliyyə
11:47
MŞ jurnalistlərin adından saxta "WhatsApp" hesablarının yaradılması ilə bağlı xəbərdarlıq edib
Daxili siyasət
11:46
Mahmud Qurbanov: "Sabah" "Borussiya" ilə bərabər səviyyədə oynadı"
Futbol
11:43
Bahar Muradova: Müasir texnologiyalar ailə münasibətləri və uşaqların inkişafına ciddi təsir göstərir
Daxili siyasət
11:40
Foto
ASAN İnnovativ İnkişaf Mərkəzinin 5 illik yubiley tədbiri keçirilib
Daxili siyasət