Bakıda daha bir prospektdə xüsusi hərəkət zolağı təşkil edilib

Bakıda daha bir prospektdə xüsusi hərəkət zolağı təşkil edilib Paytaxtın Mikayıl Useynov prospektində xüsusi hərəkət zolağının təşkil edilməsi ilə bağlı işlər yekunlaşıb.
İnfrastruktur
17 Dekabr , 2020 17:05
Bakıda daha bir prospektdə xüsusi hərəkət zolağı təşkil edilib

Paytaxtın Mikayıl Useynov prospektində xüsusi hərəkət zolağının təşkil edilməsi ilə bağlı işlər yekunlaşıb.

“Report” xəbər verir ki, bu barədə Bakı Nəqliyyat Agentliyi məlumat yayıb.

“Artıq zolağın tələbinə uyğun ərazidə yol nişanları və onun qüvvədə olmasını bildirən əlavə məlumat lövhələri qoyulub. Bunu nəzərə alaraq sürücülərdən xahiş edirik ki, məlumat lövhəsində göstərilən müddətdə, yəni səhər saat 07:00-dan axşam saat 20:00-dək yol nişanın tələbinə əməl etsinlər. Zolağın tələbinə əməl edib avtobusların sərbəst hərəkətinə imkan yaradacağınıza ümid edir və buna görə əvvəlcədən təşəkkürümüzü bildiririk”, - məlumatda qeyd olunub.

Son xəbərlər

Orphus sistemi